Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 40 m² olan 1 otaqlı mənzilin yanar konstruksiyaları 6 m² sahədə yanıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 8 nəfər bina sakini təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.