2882 müəllim müsahibədə iştirak edəcək

"Müddətli əmək müqaviləsi ilə işləyən müəllimlərdən ən çox müraciət Bakı şəhəri, Abşeron rayonu, Kəlbəcər və Ağdam rayonları üzrə olub. Belə ki, Bakı şəhəri 696, Abşeron rayonu 187, Kəlbəcər 110, Ağdam 68 müddətli əmək müqaviləsi ilə işləyən müəllim müsahibə üçün müraciət edib".
Qeyd edək ki, sözügedən müsahibələrdə 2016-2017-ci və 2017-2018-ci tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək lazımi keçid balını toplayan, tutulmayan və ya yeni yaranan vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul olunmuş müəllimlər iştirak edə bilərlər.
Aytən Zəhra
AzVision.az
Teqlər: Təhsil-Nazirliyi Müəllim