180 su sayğacını oğurlayan dəstə tutuldu

Polis əməkdaşlarının aprelin 21-də keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən 4 nəfərdən ibarət dəstə üzvləri qısa zamanda müəyyən edilərək “isti izlər”lə saxlanılıblar. Araşdırmalarla onların Şirvan şəhər sakinləri Rəşad Balaşov, Qasım Salmanov, Rauf Sarbalayev, Elvin Kələntərov olduqları müəyyən edilib.
Su sayğaclarının bir qismi polis əməksdaşları tərəfindən maddi sübut kimi götürülüb. Şirvan Şəhər Polis Şöbəsində faktla bağlı araşdırma aparılır.
AzVision.az