Azərbaycana gələn şəxsdən narkotik tapıldı

Belə ki, “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasından rəsmi qaydada Azərbaycan Respublikasına gələn 1979-cu il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Əzizov Gülmirzə Adil oğlu saxlanılıb və şəxsi baxış nəticəsində üzərində 2500 qram tiryək, 500 qram heroin aşkar olunub. Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.
AzVision.az