Soyuq silahların ölkəyə gətirilməsinin qarşısı alınıb

Qeyd olunub ki, gömrük hüquqpozmalarına qarşı aparılan qətiyyətli mübarizənin nəticəsi olaraq Poçt göndərişlərinə nəzarət bölməsinin əməkdaşları tərəfindən müxtəlif bağlamalarda 18 ədəd nişangah, 50 ədəd kazino daşları, 5 ədəd patrondolduran dəzgah, 1 dəst sualtı ovda istifadə olunan pnevmatik tüfəng, 250 ədəd 5,5 mm kalibrli mərmilər, 98 ədəd siqarlar, 460 həb və 159 ampul tərkibində güclü təsiredici maddələr olan dərman preparatları, 337 həb və 40 ampul psixotrop dərman preparatları aşkarlanıb.
"Ümumilikdə, 57 belə fakt qeydə alınıb. Onlardan 39 fakt üzrə toplanmış materiallar Nəsimi Rayon Polis İdarəsinə, 9 fakt üzrə toplanmış materiallar DGK-nin İstintaq İdarəsinə göndərilib, 9 fakt üzrə isə hazırda araşdırma aparılır".
AzVision.az
Teqlər: DGK Soyuq-silah