Şəmkir rayonunda 180 metr metal borunu oğurlamağa cəhd göstərən şəxs tutulub.
Bu barədə AzVision.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib. Məlumata görə, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Şəmkir dəmir yolu stansiyasının ərazisindən 180 metr metal borunu oğurlamağa cəhd göstərən Gəncə şəhər sakini Yunis Aydınov saxlanılıb.