Bakıda yanğın olub, 15 sakin təxliyə edilib

Bakıda yanğın olub, 15 sakin təxliyə edilib
  27 Aprel 2018    Oxunub:1254
Bakıda yaşayış binasında yanğın baş verib.
AzVision.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Sabunçu rayonunda ümumi sahəsi 69 m2 olan ikiotaqlı mənzildə (yaşayış yoxdur) baş verib. Nəticədə mənzildə 8 m2 sahədə məişət tullantıları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini təxliyə edilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti