Külli miqdarda narkotik dövriyyədən çıxarılıb

Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
  27 Aprel 2018    Oxunub:1674
Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, ​Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Etibar Ağayevin Mərdəkan qəsəbəsindəki evin həyətində kutivasiya yolu ilə əkdiyi 9 ədəd çətənə kolu və çəkisi 141 qram marixuana aşkar edilərək götürülüb.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Xalid Məmmədovdan isə çəkisi 850 qram olan marixuana götürülüb.
Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

AzVision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti