Şəhid Salahovun doğum günüdür - FOTO

Şəhid Salahovun doğum günüdür - FOTO
  28 Aprel 2018    Oxunub:3350
Bu gün Azərbaycanın şəhid giziri Fizuli Salahovun doğum günüdür.
AzVision.az-ın məlumatına görə, Fizuli Salahov 1978-ci il aprelin 28-də Şabran rayonunda anadan olub. 2003-cü ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib.



Ötən il dekabr ayının 13-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olub. Doğulub boya-başa çatdığı Şabran rayonunun Gəndov kəndində dəfn edilib.

İki oğul övladı yadigar qalıb.





Anar Kəlbiyev
AzVision.az


Teqlər: Şəhid  





Xəbər lenti