Sabunçuya gedən yol bağlandı

Sabunçuya gedən yol bağlandı
  29 Aprel 2018    Oxunub:2238
Heydər Əliyev prospektinin metronun "Koroğlu" stansiyasının qarşısından Sabunçu körpüsü istiqamətində olan hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Bakı Nəqliyyat Agentliyindən AzVision.az-a verilən məlumata görə, sürücülərdən qeyd edilən istiqamətdə hərəkət edərkən bu amili nəzərə almaları xahş olunur. Yolda hərəkət axşam saatlarında bərpa ediləcək.

AzVision.az


Teqlər: BNA   Yol  





Xəbər lenti