AzVision.az FHN-ə istinadən xəbər verir ki, rayonda ümumi sahəsi 280 m² olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 12 m² sahədə yanıb. Məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.