Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub
  29 Aprel 2018    Oxunub:1507
Paytaxtda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Yasamal rayonunda 9 mərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 8 ədəd elektrik sayğacı, 8 ədəd elektrik açarı və 2 p.m elektrik kabeli yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti