700 manat dəyərində qızıl saat oğurlayanlar tutulub.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 27-də rayon ərazisindəki evlərin birindən kəmər və 700 manat dəyərində qızıl saat oğurlamaqda, habelə dəyəri 10.000 manat olan seyfi yararsız hala salmaqda şübhəli bilinən Bakı şəhər sakinləri olan 3 yeniyetmə saxlanılıb.