Gəncədə quldurluq hadisəsi: Evdən qumbara tapıldı

Faktla bağlı cinayət işi başlanılıb. Keçirilən tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinənlər - əvvəllər məhkum olunmuşlar - Göygöl rayon sakini Orxan Həsənli, Gəncə şəhər sakinləri İsgəndər Məmmədov və Hüseyn Mayılov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Əməliyyat tədbirləri ilə polis əməkdaşları tərəfindən İ.Məmmədovun şəhər ərazisindəki yaşadığı evdən 1 ədəd “F-1”qumbarası və narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Araşdırma aparılır.
AzVision.az