Azərbaycanlı bəstəkar Türkiyədə vəfat edib
-1525171589.jpg)
1946-cı ildə Bakıda dünyaya gələn Həsən Adıgözəlzadə simfoniya, "Azərbaycan" və "Bursa" kantataları, xor və kamera-instrumental miniatürlər, violino solo və fortepiano üçün sonatalar, nəfəsli alətlər üçün kvintet və süita, marşlar, mahnılar, romans, teatr tamaşaları üçün musiqilər, xalq çalğı alətlər üçün bir sıra əsərlər bəstələyib.
Azərbaycanın xalq artisti, görkəmli pianoçu Zöhrab Adıgözəlzadənin qardaşı Həsən Adıgözəlzadə, eyni zamanda Türkiyədəki Azərbaycan diasporunun fəal üzvlərindən biri olub. O, Bursa, İstanbul, Adana və digər şəhərlərdəki Azərbaycan diasporu tərəfindən təşkil edilən bir çox tədbirdə fəal iştirak edərək diasporumuzun inkişafı üçün müəyyən işlərə imza atıb.
Qeyd edək ki, mərhumun nəşi Azərbaycana gətirilərək Bakıda dəfn olunacaq.
AzVision.az