FHN statistika açıqladı: 92 ölü, 96 yaralı

Yanğın hadisələri zamanı 43 nəfər ölüb, 31 nəfər xəsarət alıb ki, bu da ötən ilin I rübü ilə müqayisədə yanğından həlak olanlar üzrə 19 nəfər və ya 79% çox, xəsarət alanlar üzrə 33 nəfər və ya 52% azdır. Yanğınların söndürülməsi zamanı 25 nəfər xilas edilib, 329 nəfər təhlükəsiz ərazilərə təxliyə olunub.
2018-ci ilin I rübü ərzində respublika ərazisində 21 partlayış hadisəsi baş verib ki, bu da 2017-ci ilin I rübü ilə müqayisədə 10 hadisə və ya 32% azdır. Partlayışlar zamanı 3 nəfər həlak olub, 17 nəfər xəsarət alıb.
AzVision.az