Bakıda oğru iş başında tutulub

35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində ötən ilin dekabr ayından cari ilin aprel ayınadək olan müddətdə rayon ərazisində 11 evdən və 1 kafedən su mühərriki, kombi aparatı və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini Taleh Rəsulov da saxlanılıb. Faktlarla bağlı araşdırmalar aparılır.
AzVision.az