Goranboyda dəhşətli qəza - Ölənlərin adları bilindi (Yenilənib)

Qəza nəticəsində ölənlər isə "Toyota" markalı avtomobilin sürücüsü, 1960-cı il təvəllüdlü Quliyev Füzuli Şura oğlu, onun həyat yoldaşı, 1963-cü il təvəllüdlü Quliyeva Cəmilə Sovet qızı və "VAZ-21021" markalı avtomobilin sürücüsü Goranboy rayon Xanqərvənd kənd sakini, 1972-ci il təvəllüdlü Süleymanov Əli Süleyman oğludur.
Hadisə ilə bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
***
(19:23)
Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza rayonun Xanqərvənd kənd yolunda qeydə alınıb. Məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Yaralılar Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan ikisi azyaşlıdır.
Ölən və yaralananların şəxsiyyətləri dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır. (Report)
AzVision.az