Milli parklara press-turlar təşkil ediləcək

O bildirib ki, insanları qorxutmaq yox, maarifləndirmək lazımdır: "Yəni müxtəlif maarifləndirmə işləri aparılmalıdır, insanların ətraf mühitə münasibətləri formalaşdırılmalıdır. Çünki statistika və təcrübə göstərir ki, meşə yanğınlarının və ətraf mühitin çirkləndirilməsinin əsas səbəbi insan faktoru ilə bağlıdır. İnsanlar təbiəti öz evləri kimi qorumalıdırlar".
I.İbrahimova qeyd edib ki, insanları maarifləndirmək və ekoturizmin inkişafı məqsədilə nazirlik tərəfindən növbəti dövrdə davamlı olaraq "Təbiətimiz evimizdir" devizi altında milli parklara press-turlar təşkil ediləcək: "Press-turlar zamanı jurnalistlər Azərbaycan milli parklarında olan mövcud şərait, ərazinin flora və faunası, həmçinin turizm potensialı ilə tanış olacaqlar".
Aytən Zəhra
AzVision.az
Teqlər: