Qoyun oğruları saxlanılıb
Araşdırmalarla onların rayon sakinləri Emin Ələkbərov və Rembo Abbaslı olduqları müəyyən edilib. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların mart ayında rayon sakini Hilal İbrahimovun yardımçı təsərrüfatından 8 qoyun, aprel ayında isə Susən Məmmədovanın və Xatirə Məmmədovanın ümumilikdə 2 inəyini oğurlamaları da müəyyən edilib.
Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə aprelin 28-nə keçən gecə Dələli kənd sakini Alov İbrahimovun həyətindəki tövlədən 26 qoyun oğurlamaqda şübhəli bilinən kənd sakini Valid Qürbətov və Masallı rayon sakini Ağa Əzizov saxlanılıblar. Faktlarla bağlı araşdırmalar aparılır.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


