Evində çətənə əkən şəxs tutuldu

Evində çətənə əkən şəxs tutuldu
  05 May 2018    Oxunub:1198
Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində növbəti əməliyyat həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Gəncə Regional qrupundan AzVision.az-a verilən məlumata görə, mayın 4-də Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əldə edilən məlumat əsasında keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən Tovuz rayon Əlibəyli kənd sakini Kamran İmamquluzadə saxlanılıb.

Onun yaşadığı mənzilinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman həyatyanı sahədən xüsusi qulluq edilərək yetişdirilən 34 ədəd ümumi çəkisi 26. 837 qram olan çətənə bitkisi aşkar olunaraq götürülüb. Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.

Kamran İmamquluzadə ifadəsində narkotik tərkibli bitkiləri şəxsi istifadəsi üçün əkdiyini, onlara xüsusi qulluq edərək yetişdirdiyini etiraf edib. Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti