1978- ci il təvəllüdlü Bağırova Elnarə İbrahiməjdər qızı
2000-ci il təvəllüdlü Bağırova Zəhra Teymur qızı
2000-ci il təvəllüdlü Bağırova Fatma Teymur qızı
1983-cü il təvəllüdlü Həsənova Xəyalə Əbdülhəsən qızı
1966-cı il təvəllüdlü İmanova Məlahət Nuxbala qızı
1992-ci il təvəllüdlü Qasımova Günay Tofiq qızı
Yaralılar:
1996-cı il təvəllüdlü Dadaşova Sona İmran qızı
1994-cı il təvəllüdlü İmanov Xalid Əjdər oğlu (Report)

***
(10:14)
Bu gün səhər saatlarında Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mənsimalı Heydərov AzVision.az-a bildirib ki, fəhlələri tarlaya aparan traktorun aşması nəticəsində 6 nəfər həlak olub.
"Yaralılar xəstəxanaya yerləşdirilib. Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil".
Anar Kəlbiyev
AzVision.az