Tovuzda nəvə nənəsinin evini yarıb

Tovuzda nəvə nənəsinin evini yarıb
  07 May 2018    Oxunub:1420
Tovuz rayonunda oğurluq hadisəsi baş verib.
DİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-də rayon ərazisindəki evlərin birindən 3000 manat və 1400 ABŞ dolları oğurlamaqda şübhəli bilinən ev sahibinin nəvəsi və onun tanışı olan 2 yeniyetmə saxlanılıb. Fakt üzrə araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti