İtkin düşən şəxsin meyiti tapıldı - Öldürüb zirzəmidə basdırıblar

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M.Babayevin həmin gün Aşağı Nüvədi qəsəbəsində yaşayan Tələt Dadaşovun evində olarkən aralarında baş vermiş münaqişə zəminində sonuncu tərəfindən küt alətlə qətlə yetirilməsi, cəsədinin isə zirzəmidə basdırılması müəyyən edilib.
M.Babayevin meyiti eksqumasiya edilib. Görülmüş tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən T.Dadaşov tutulub. Araşdırma aparılır.
AzVision.az
Teqlər: DİN