Qanunsuz ağac kəsimi aşkarlanıb

Qanunsuz ağac kəsimi aşkarlanıb
  08 May 2018    Oxunub:1354
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, reyd zamanı Gəncə-Yevlax magistral avtomobil yolunun kənarında yaş köküstə 3-4 sm diametrliyində 35 ədəd şam ağacının kökündən çıxarılaraq aparıldığı aşkar olunub.

Faktla bağlı akt tərtib edilib və təbiətə 8400 manat ziyan dəydiyi məlum olub.

Ağacların kim tərəfindən çıxarılaraq aparıldığının müəyyən edilməsi və barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış materiallar Gəncə şəhəri Kəpəz rayon Polis Şöbəsinə göndərilib.

AzVision.az


Teqlər:





Xəbər lenti