Ağstafada ağır qəza: 15 nəfər yaralanıb

Baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı yaralananlardan üç nəfərin adı məlum olub. Hadisə zamanı Qafarov Şahin Şaddədin oğlu (65 yaş), Kərimov Tahir Muğdat oğlu (35 yaş), Şıxməmmədov Eldar Əli oğlu (20 yaş) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilən yaralıların hər ikisinin tələbə olduğu və onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. (Report)
AzVision.az
Teqlər: Qəza