AzVision.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonda ümumi sahəsi 150 m2 olan kürsülü birmərtəbəli 4 otaqlı evin zirzəmisində baş verib. Nəticədə zirzəmidə 30 m2 sahəyə yığılmış köhnə ev əşyaları və taxta tullantıları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.