Taksi sürücülərini qarət edən şəxs tutuldu

Taksi sürücülərini qarət edən şəxs tutuldu
  09 May 2018    Oxunub:1486
Mayın 7-də DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən Abşeron rayon sakinləri Nuhbala İsmayılov və Qubad Xudayev avtomobillə apardıqları sərnişinlərin onları bıçaqla hədələyərək pullarını almaları barədə məlumat veriblər.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, mMəlumatla əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla mayın 3-də Mehdiabad qəsəbəsi ərazisində N.İsmayılovun “TOFAŞ” markalı avtomobili ilə sərnişin qismində Binəqədi qəsəbəsinə gedəcəyini bildirən şəxsin qəsəbə ərazisində sürücünü bıçaqla hədələyərək 200 manatını alması, həmin gün “Mercedes” markalı avtomobilin sürücüsü Q.Xudayevin sərnişininin də analoji üsulla onun 90 manat pulunu alması məlum olub.

​Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən “isti izlər”lə saxlanılıb. Onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nəsimi Qələndərov olduğu müəyyən edilib.
​Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti