Sumqayıtda 4 evi yaran şəxs saxlanılıb

  09 May 2018    Oxunub : 310
Sumqayıtda 4 evi yaran şəxs saxlanılıb
Sumqayıtda oğurluqla məşğul olan şəxs yaxalanıb.
AzVision.az-ın DİN-in saytına istinadən məlumatına görə, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mart-aprel ayları ərzində şəhər ərazisindəki 4 evdən məişət əşyaları və elektrik naqili oğurlamaqda şübhəli bilinən şəhər sakini Ağahüseyn İmanov tutulub.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az

Teqlər: DİN   Oğurluq