Ana və 6 aylıq körpəsi yandırılaraq öldürülüb

Məlumata görə, qadın yataq otağının döşəməsində, uşaq isə beşikdə yanmış vəziyyətdə olub. Hadisənin qətl olduğu bildirilir.
Kənddə Həsənovlar ailəsində ər arvadın mehriban olduqları və kiminləsə düşmənçilik etmədikləri bildirilir. Qətl törədilən gün qadının həyat yoldaşı Daşkəsən şəhərində olsa da, hazırda hüquq mühafizə orqanlarının əməkdaşları onu sorğu-sual edirlər.
Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. (APA)
AzVision.az