Bakıya yağış, rayonlara leysan yağacaq

Abşeron çimərliklərində mayın 12-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) gün ərzində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 13-14 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 17-18 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 22-27, dağlarda gecə 3-6, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza əsasən, mayın 12-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, bir qədər rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq yarada bilər.
AzVision.az