Rayonlarda leysan olacaq

Atmosfer təzyiqi norma daxilində 761 civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək. Abşeron çimərliklərində mayın 15-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 15-16 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 18-19 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 12-17, gündüz 24-29, dağlarda gecə 4-8, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza əsasən, mayın 15-də Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
AzVision.az