Axtarışda olan narkotacir Bakıda tutulub

Onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılan zaman 10,135 qram heroin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Ə.Əliyevin yaşadığı evdən əlavə olaraq satış üçün nəzərdə tutulan hazır qablaşdırılmış formada 1 kiloqram 405 qram heroin aşkar olunaraq götürülüb.
Qeyd edək ki, Ə.Əliyev paytaxt və Sabunçu rayonu ərazisində narkotik maddələrin satışı ilə məşğul olan şəxs kimi tanınır və o, istintaqa ifadəsində bu əməlini etiraf edib. Həmçinin Ə.Əliyev Sabunçu polisinin bir neçə ay ərzində rayon ərzisində narkotacirlərə qarşı keçirdiyi silsilə əməliyyatlar zamanı saxlanılan şəxsləri də onların satışını həyata keçirmələri üçün narkotik vasitələrlə təmin edib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri əməliyyat və istintaq tədbirləri davam etdirilir.
AzVision.az