"Toyda direktoru "butulka" ilə vurublar" - Təhsil şöbəsinin müdiri

"Şamaxının Göylər kəndində keçirilən toy məclisində qonaqlar arasında dava olub. Dava iştirakçılarından birinin atdığı "butulka" təsadüfən direktora dəyib. O, yüngül xəsarət alıb. Bu səbəbdən onu Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Hazırda heç bir problemi yoxdur. Direktorla danışmışam, sabah, ya da biri gün işə çıxacağını dedi", - deyə şöbə müdiri bildirib.
Şahanə Rəhimli
AzVision.az