Bakıda 28 dərəcə isti gözlənilir

Abşeron çimərliklərində Mayın 16-da şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 17-18 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-19, gündüz 25-30, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza görə, mayın 16-da Abşeron yarımadasında meteoroloji amillərin əsasən normal sutkalıq gedişi və komfort temperatur şəraiti meteohəssas insanlar üçün əlverişlidir.
AzVision.az