Masallıda 20 yaşlı gəlinin müəmmalı intiharı

Miyankü kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Xəlil Məmmədov AzVision.az-a 20 yaşlı Aytənin intiharında müəmmalı durumun olduğunu deyib.
X.Məmmədov hadisənin mayın 14-də, saat 8-radələrində baş verdiyini bildirib: "Bizə məlumat saat 09:00-da daxil olub. Canına niyə qəsd etdiyini heç kim bilmir. İntihar etməsi üçün ciddi problemləri də olmayıb. Heç kimin ağlına gəlməzdi ki, Aytən belə bir iş tutar. Hadisə araşdırılır, yəqin səbəb bilinəcək”.
Qeyd edək ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.
Şahanə Rəhimli
AzVision.az