İki uşaq anası ərinə xəyanət edirmiş - Qətlin təfərrüatı (Yenilənib)

Bundan sonra o, həyat yoldaşı Rafət Feyziyevanı yaşadıqları mənzildə 18 bıçaq zərbəsi ilə qətlə yetirib.
Qeyd edək ki, mərhumun iki övladı var. (Report)
***
Mayın 17-də Sumqayıtda dəhşətli qətl hadisəsi törədilib. Şəhər sakini həyat yoldaşını qətlə yetirib. Hadisə şəhərdəki 9-cu mikrorayon ərazisində baş verib.
Sumqayıt Şəhər Prokurorluğundan bildirilib ki, saat 15 radələrində şəhər sakini, 1982-ci il təvəllüdlü Rafət Feyziyeva əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hadisədən sonra qətli törədən şəxs könüllü olaraq polisə təslim olub.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
AzVision.az