Azərbaycanda 904 nəfər QİÇS-dən ölüb

Azərbaycanda 904 nəfər QİÇS-dən ölüb
  18 May 2018    Oxunub:1857
Mayın 1-ə olan məlumata görə, respublikada 5831 nəfər İİV-ə yoluxan xəstə qeydiyyatdadır. Bunlardan 4138 nəfəri kişi, 1693-ü qadındır.

AzVision.az xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Eldəniz Muradov deyib.
O bildirib ki, 1987-ci ildə Azərbaycanda ilk dəfə İİV virusu aşkar olunandan bu günə qədər QİÇS mərhələsində olan vətəndaşların sayı 2103 nəfərdir, onlardan 904 nəfəri vəfat edib.

"2018-ci ilin 4 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 193 nəfər olub. Onlardan 188 nəfəri Azərbaycan vətəndaşıdır, 5-i isə əcnəbidir. Qeydiyyata alınmış 188 nəfərdən 123-ü kişi, 65 nəfəri isə qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan Respublikası vətəndaşlarının sayı 46 nəfər təşkil edir. Həmin müddətdə İİV infeksiyasından 16 nəfər ölüb".

E. Muradov, qeyd edib ki, bu ilin 4 ayı ərzində Azərbaycan vətəndaşları arasında 23 nəfər parental kontakt, 89 nəfər heterosexual kontakt, 10 nəfər homoseksual kontakt nəticəsində, 2 nəfər anadan uşağa ötürməklə, 64 nəfər yoluxma yolu ilə İİV-lə yoluxub:

"Qeydiyyatda olanlardan 42, 2 faizi narkotik istifadə etməklə, 45 faizi cinsi yolla, 2,6 faizi homoseksuallar vasitəsilə, 1,8 faizi anadan uşağa keçməklə, 0,02 faizi donor qanın köçürülməsi, 7,9 faizi isə yoluxma yolu ilə virusa yoluxub. Ana hamilə olan vaxtı müalicə olunarsa, uşağa keçmir. İldə orta hesabla 40-50 nəfər HİV infeksiyalı ana hamilə qalır. İİV infeksiyalarına yoluxanların 2,6 faiz isə homoseksuallardan keçib. Azərbaycan İpək yolu üzərində yerləşdiyi üçün buradan narkotik trafiki keçir. Bir yol Cənubdan Şimala, ikinci yol Şərqdən Qəribə olan yoldur. Bu yollar olan inzibati ərazilərdə İİV-ə yoluxma daha çoxdur. Ən çox cənub zonası Lənkəran, Astara, Şirvan və rayon larına üstünlük təşkil edir. MDB ölkələri ilə müqayisədə Azərbaycanda İİV-ə yoluxma xeyli aşağıdır".

Aytən Zəhra
AzVision.az


Teqlər: İİV  





Xəbər lenti