Bakı polisi oğurluq faktının üstünü açdı

Bakı polisi oğurluq faktının üstünü açdı
  18 May 2018    Oxunub:1363
Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edən Biləcəri qəsəbə sakinləri Y.Dəmirov və A.Quliyev aprelin 15-də və 17-də evlərinin həyətindən ümumilikdə 3 baş qoyun və 10 ev quşunun oğurladığını bildiriblər.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Həsənəli Abbaslı saxlanılıb. O, törətdiyi bu cinayət əməlini etiraf edib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti