Ermәnistan silahlı qüvvələri işğal altında olan Ağdam rayonunda yanğın törədib.
AzVision.az Ordu.az-a istinadən xəbər verir ki, düşmən hərbçiləri rayonun işğal altında olan Baş Qərvənd kəndinin ərazilərinə od vurublar. Havanın küləkli olması qısa müddət ərzində yanğının miqyasını genişləndirib.