Daha bir Nardaran sakini silahını polisə təhvil verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Rza Nağıyev müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.