"İşsizliyin azaldılması ilə bağlı böyük uğurlar əldə edilib" - Prezident (Yenilənib)
Təbrikə və xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Bakıda keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda beynəlxalq konfransın əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı son illər ərzində Azərbaycan iqtisadiyyatının inkişafı, o cümlədən əhalinin əmək və sosial təminatı istiqamətində mühüm işlər görüldüyünü, xüsusilə işsizliyin sürətlə azaldılması ilə bağlı böyük uğurların əldə edildiyini dedi. Prezident İlham Əliyev Azərbaycanda ənənəvi olan və sürətli iqtisadi inkişaf nəticəsində baş verən demoqrafik artımla əlaqədar ölkə qarşısında gələcəkdə yeni iş yerlərinin yaradılması kimi mühüm vəzifənin durduğunu bildirdi və bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirildiyini vurğuladı. Dövlətimizin başçısı Beynəlxalq Əmək Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığın önəminə toxunaraq bu əməkdaşlığın uğurla davam etdiriləcəyinə əminliyini ifadə etdi.
AzVision.az
Teqlər: İlham-Əliyev Prezident