"Şəhid əsgərimizin qanı yerdə qalmayacaq" - Polkovnik
Ehtiyatda olan polkovnik Şair Ramaldanov AzVision.az-a bildirib ki, Ermənistan tərəfi təxribatlar törədərək vəziyyəti gərginləşdirməyə çalışır. Onun sözlərinə görə, erməni nazirlərin səfəri ərəfəsində Naxçıvan sərhədində təxribatın baş verməsi təsadüf deyil.
"Düşmən Naxçıvan ordusundan ehtiyat edir. Onlar təxribata gedərək Naxçıvandan olacaq təhlükəni göstərmək istəyirlər. Bu addımlar vəziyyətin gərginləşdirilməsinə gətirib çıxarır. Şübhə yox ki, şəhid əsgərimizin qanı yerdə qalmayacaq və onun qisası qısa zamanda alınacaq. Bundan sonra onların həmin istiqamətdə törədə biləcəkləri təxribatlara hazır olmalıyıq. Artıq Müdafiə Nazirliyi bununla bağlı göstərişlərini verib".
Ehtiyatda olan polkovnik Naxçıvan Ordusunun ən müasir silah və hərbi texnikalarla təchiz edildiyini vurğulayıb: "Naxçıvan Ordusu düşmənin istənilən təxribatının qarşısını ala bilər. Naxçıvanda yerləşdirilmiş müasir silahlar, uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv etmək iqtidarındadır".
Anar Kəlbiyev
AzVision.az