Azərbaycanda yüzlərlə məhbus əfv oluna bilər
Komissiya üzvü bildirib ki, dövlət başçısı Cümhuriyyətin 100 illiyi ərəfəsində əfv sərəncamı imzalaya bilər. Ə.Nuriyev, həmçinin yüzlərlə şəxsin əfv olunacağına ümid etdiyini deyib.
Qeyd edək ki, ötən il martın 16-da Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb. Müvafiq sərəncamla 423 məhkum əfv olunub.
Anar Kəlbiyev
AzVision.az