DİN arvadını satışa çıxaran kişi ilə bağlı araşdırma aparır

S.Kərimova polisə müraciət edərək keçmiş həyat yoldaşı barədə uzaqlaşdırma qərarı ala bilib. Daha sonra orada olan qonşuların köməyi ilə Azərbaycana qayıdıb.
“Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova AzVision.az-a bildirib ki, müsahibəsi ilə böyük səs-küyə səbəb olan S.Kərimova onların sığınacağına müraciət edib.
“Bura gəlmişdi, hadisəni bizə də danışdı. Qadının danışıqlarında insan alverinin əlamətləri olmayıb, əsasən məişət zorakılığı idi. Burada qalmaq istəsə də, insanların çox olduğunu deyib qalmadl. Qardaşına zəng etdi və onlara getdi”.
AzVision.az məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadədən münasibət öyrənib. Onun sözlərinə görə, S.Kərimova DİN-in 102 Zəng Mərkəzi xidmətinə müraciət edib.
“Onun müraciəti əsasən araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
Aytən Zəhra
AzVision.az
Teqlər: DİN