Gəncədə evdən 31 minlik qızıl oğurlanıb

DİN-in Baş Cinayət Axtarışı, Gəncə Şəhər Baş Polis və Kəpəz Rayon Polis idarələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla onların Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş Nofəl Məhərrəmov və M.Məhərrəmova olduqları məlum olub. Oğurlanmış qızıl-zinət əşyaları polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.
AzVision.az