Bakıda iki nəfər kafe yanaraq ölüb - (Yenilənib)

Nəticədə tikilinin yanar konstruksiyaları yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 2 nəfərin (qadın və kişi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.
Daha 2 nəfər (İbrahimov Natiq Zahid oğlu, 44 yaş; İbrahimova Şəkər Xosrov qızı, 53 yaş) yanğınsöndürənlər hadisə yerinə çatana kimi xəstəxanaya aparılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əlavə məlumat veriləcək.
***
Bakıda baş verən partlayış nəticəsində iki nəfər ölüb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova AzVision.az-a bildirib ki, partlayış zamanı ölənlərdən biri kişi, digəri qadındır. Onun sözlərinə görə, hadisə nəticəsində yaralanan 2 nəfər xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, bu gün Binəqədi rayonunda, “Elite” ticarət mərkəzinin yaxınlığındakı avtomobil ehtiyat hissələrinin satıldığı bazarda yerləşən kafedə partlayış qeydə alınıb.
Aytən Zəhra
AzVision.az