Bakıda kişi qayınanasını və arvadını öldürüb - VİDEO

Hadisə Bakının Xətai rayonu, Naximov küçəsində qeydə alınıb. Ailə-məişət zəminində törədilmiş hadisə zamanı 1987-ci il təvəllüdlü Günay İsgəndərova və onun anası, 1954-ci il təvəllüdlü Mahirə İsgəndərova çoxsaylı bıçaq xəsarətləri alıb.
Hazırda polis onun saxlanılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir. Faktla bağlı Xətai rayon Prokurorluğunda cinayət işi də başlanılıb. (APA TV)
AzVision.az