Vuçiç Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR

  22 May 2018    Oxunub : 577
Vuçiç Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç mayın 22-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.
AzVision.az xəbər verir ki, ali qonaq görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib, məzarı üzərinə tər güllər düzüb.



Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç mayın 22-də Şəhidlər xiyabanını ziyarət edib.

Burada Serbiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Aleksandr Vuçiç Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdi.



Serbiya Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Serbiyanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Bakının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.





AzVision.az

Teqlər: Vuçiç