Ermənistan hökuməti laçınlı köçkünlərin pulunu vermir
“Vəkillərimizlə əlaqə saxlayırıq. Onlar bildirirlər ki, Ermənistanın kompensasiyanı vaxtında ödəməməsi və məhkəmənin qərarını icra etməməsi ilə bağlı Avropa Nazirlər Komitəsinə məlumat verilib. Lakin Komitədən cavab verilməyib. Biz də gözləyirik. Ermənistan höküməti kompensasiyanı vaxtında ödəməsə, hər gecikən gün üçün üstünə faiz gəlir. Hələki faizlər yığılır və onlardan cavab yoxdur. Əsas odur ki, biz Ermənistanı udduq, sonrası artıq qəpik-quruşdur”.
Xatırladaq ki, Avropa İnsan Haqları Məhkəməsi 2015-ci il iyunun 16-da “Çıraqov və başqaları Ermənistana” qarşı işi ilə bağlı qərar çıxararaq şikayətçilərə qarşı Avropaİnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci maddəsi (mülkiyyətin toxunulmazlığı), Konvensiyanın 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinin davamlı pozulduğunu bildirib. İş üzrə iddiaçılar Elxan və Adışirin Çıraqovlar (1950 və 1947-ci il təvəllüdlü), Ramiz Cəbrayılov (1960), Akif Həsənov (1959), Fəxrəddin Paşayev (1956) və artıq vəfat etmiş Qara Cəbrayılovdur (1940). Akif Həsənovdan başqa iddiaçıların hamısı hazırda Bakıda yaşayır. Laçın rayon sakinləri olan bu şəxslər 1992-ci il mayın 17-də zorla evlərindən qovulub, onların mülkiyyəti ermənilərin əlinə keçib.
Aytən Zəhra
AzVision.az
Teqlər: Ermənistan Çıraqovlar-İşi Məhkəmə